Xəbərin.az - Operativ Xəbər Portalı
22 Aprel 2026, Çərşənbə

Bir qol, bir qırmızı, tək qalib

07 Mart 2026, 23:14 İdman 37 baxış
Bir qol, bir qırmızı, tək qalib

Trendyol Super Liqasının 25-ci həftəsində keçirilən derbi matçında "Beşiktaş" və "Qalatasaray" üz-üzə gəlib. 

Xəbərin.az matçın icmalını təqdim edir:

Tüpraş stadionunda keçirilən qarşılaşma "Qalatasaray"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolu 39-cu dəqiqədə Viktor Osimhen vurub. 62-ci dəqiqədə Leroy Sane Rıdvan Yılmaza qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib. Bu, alman futbolçunun karyerasında klub səviyyəsində aldığı ilk qırmızı vərəqə olub.

Qeyd edək ki, “Qalatasaray” 61 xalla liderliyini qoruyur.