Xəbərin.az - Operativ Xəbər Portalı
29 Mart 2026, Bazar

Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

29 Mart 2026, 15:04 İdman 7 baxış
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC arenasında növbəti döyüşünü keçirib. 

Xəbərin.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə 36 yaşlı idmançı çilili rəqibi İqnasio Bahamondes üzərində qələbə qazanıb.

3 raund davam edən mübarizədə statistik göstəricilərə görə, Musayev rəqibinə 145 zərbədən 82-ni dəqiq çatdırıb. Hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.

Qeyd edək ki, İqnasio Bahamondes də sonuncu dəfə ötən yay Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olmuşdu.