Xalq artisti, aktyor Rasim Balayev cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.
Xəbərin.az xəbər verir ki, bu barədə Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.
Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.
Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.