Xəbərin.az - Operativ Xəbər Portalı
21 Mart 2026, Şənbə

ABŞ Nigeriyaya dronlar və 200 hərbçi göndərib

21 Mart 2026, 21:17 Dünya 2 baxış
ABŞ Nigeriyaya dronlar və 200 hərbçi göndərib

ABŞ Nigeriyaya kəşfiyyat məqsədilə dronlar və təxminən 200 hərbçi göndərib.

Xəbərin.az xəbər verir ki, bu barədə Daily Nigerian nəşri təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu addım Nigeriya hökumətinin müraciəti əsasında atılıb və ölkənin şimal-şərqində antiterror əməliyyatlarının gücləndirilməsinə yönəlib.

Göndərilən texnikaya "MQ-9 Reaper" tipli kəşfiyyat dronları daxildir.

Qeyd olunur ki, ABŞ hərbçiləri döyüş əməliyyatlarında iştirak etməyəcək, əsasən kəşfiyyat məlumatlarının toplanması və müşahidə ilə məşğul olacaq.

Məlumata görə, bu tədbirlər Çad gölü ətrafında aktivləşən ekstremist qruplaşmalara qarşı mübarizəni gücləndirmək məqsədi daşıyır.