Xəbərin.az - Operativ Xəbər Portalı
21 Mart 2026, Şənbə

Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazandı

21 Mart 2026, 20:51 İdman 2 baxış
Hidayət Heydərov “Böyük Dəbilqə”də bürünc medal qazandı

Azərbaycan cüdoçusu Hidayət Heydərov Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

Xəbərin.az xəbər verir ki, 73 kiloqram çəkidə çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə ispaniyalı Anton Şuxaliyevə qalib gəlib.

Qeyd edək ki, ötən gün Turan Bayramov (66 kiloqram) gümüş medal qazanmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.