Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Şagirdi tərəfindən güllələnən müəllimin son durumu

07 Fevral 2026, 12:42 Gündəm 12 baxış
Şagirdi tərəfindən güllələnən müəllimin son durumu

Ötən gün "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimin durumu hazırda stabildir.

Bu barədə Xəbərin.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.

Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.