İran ABŞ hərbi baza və obyektlərinə
raket və pilotsuz uçuş aparatları ilə zərbə planı hazırlayıb.
Xəbərin.az xəbər
verir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşrinin yaydığı
məqalədə qeyd olunub.
Bildirilib
ki, Tehran ABŞ-la mümkün genişmiqyaslı qarşıdurma vəziyyətində bölgədə yerləşən
hərbi idarəetmə nöqtələrini hədəf almağı düşünür: "Bu plan çərçivəsində
İranın ballistik raketlər və PUA-lar vasitəsilə ABŞ-ın Orta Şərqdəki istismar
nöqtələrinə zərbələr endirə biləcəyi vurğulanır, bu da regionda qarşıdurma
riskini artırır. Hadisələrlə bağlı rəsmilər tərəfindən hələlik rəsmi təsdiqləmə
və ya rədd açıqlamaları verilmir, vəziyyət diplomatik və hərbi müzakirələrin
fonunda gərgin olaraq qalır".