ABŞ-nin
“FOX Sports” televiziya şirkəti portuqaliyalı ulduz Kriştiano Ronaldonun şərəfini qoruduğu
“Əl-Nəsr” klubunun matçlarını boykot etməsi fonunda Səudiyyə Ərəbistanı futbol
çempionatının yayımını dayandırmaq qərarına gəlib.
Xəbərin.az xəbər
verir ki, bu barədə “Speedline” portalı məlumat yayıb.
Mənbənin
məlumatına görə, bu qərar Səudiyyə Ərəbistanı liqasının qlobal media və
kommersiya layihələri ilə bağlı artıq 2,4 milyard dollar ziyana düşməsi ilə
nəticələnib. Bununla da, “FOX Sports” Səudiyyə Ərəbistanı çempionatının
yayımından imtina edən ilk böyük beynəlxalq televiziya şirkəti olub.
Xatırladaq
ki, portuqaliyalı forvard artıq klubunun son 2 matçına çıxmaqdan imtina edib.
Onun narazılığının əsas səbəbi Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun
(PIF) transfer siyasətidir. O, “Əl Nəsr”ə ayrılan büdcənin kəsilməsinə və rəqib
“Əl Hilal”ın daha çox dəstəklənməsinə, həmçinin klubun idman direktoru Simao
Koutinyo və baş icraçı rəhbəri Xose Semedonun vəzifələrindən uzaqlaşdırılmasına
etiraz edir. Ulduz futbolçu bu ədalətsizliyin aradan qaldırılmayacağı təqdirdə
mövsümün sonunda komandanı tərk edə biləcəyi ilə bağlı mesaj verib.
Hesabında
49 xal olan “Əl Nəsr” hazırda lider “Əl Hilal”dan cəmi 1 xal geri qalır.