Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Trumpın paylaşdığı irqçi video qalmaqala səbəb oldu

06 Fevral 2026, 23:38 Dünya 13 baxış
Trumpın paylaşdığı irqçi video qalmaqala səbəb oldu

ABŞ Prezidenti Donald Trump, keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanın başlarının maymun bədənlərinə yerləşdirildiyi, irqçi məzmun daşıyan bir videonu sosial şəbəkədə paylaşdıqdan sonra silib.

Xəbərin.az xəbər verir ki, sözügedən video Trumpın sosial media platforması Truth Social-da 6 fevral tarixində paylaşılıb. Təxminən bir dəqiqəlik videonun fonunda “The Lion Sleeps Tonight” mahnısı səslənir və sonda Obama cütlüyü təhqiredici formada təsvir olunur.

Ağ Ev videonun bir əməkdaş tərəfindən “səhvən” paylaşıldığını və qısa müddət sonra silindiyini açıqlayıb. Daha əvvəl Ağ Evin sözçüsü Karoline Leavitt isə görüntüləri “internet zarafatı” kimi dəyərləndirib.

Video həm Demokratlar, həm də bəzi Respublikaçılar tərəfindən sərt tənqid edilib.