Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“İdrak” liseyində yaralanan müəllim keçmiş sədrin nəvəsi imiş

06 Fevral 2026, 23:24 Gündəm 19 baxış
“İdrak” liseyində yaralanan müəllim keçmiş sədrin nəvəsi imiş

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. Belə ki, şagird liseydə müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı ov tüfəngi ilə yaralayıb.

Xəbərin.az "Unikal"a istinadən xəbər verir ki, güllə yarası alan riyaziyyat müəlliməsi əslən Ucar rayonunun Qazıqumlaq kəndindəndir. O, Ucar bələdiyyəsinin keçmiş sədri Səhrab Kamilovun nəvəsidir.

Məlumata görə, Şəhla Kamilovanın əmisi Vəfadar Kamilov bir neçə il öncə faciəli şəkildə vəfat edib.