Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Fransada gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb

06 Fevral 2026, 22:58 Dünya 15 baxış
Fransada gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb

Fransanın cənub-şərqindəki Qrenobl şəhərindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb.

Xəbərin.az xəbər verir ki, bu barədə cümə günü “ici” radiosu məlumat yayıb. 

"Qrenoblun mərkəzindəki gözəllik salonunda qumbara partlaması nəticəsində altı nəfər yaralanıb", - məlumatda deyilir.

Qumbaranın salona bir kişi tərəfindən atıldığı bildirilir. Həmin şəxs qumbaranı atandan sonra hadisə yerindən qaçıb. 

Partlayış vitrini dağıdıb və altı nəfər yaralanıb. Yaralılardan biri 5 yaşlı uşaq olub. 

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.