Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Fənərbaxça”nın AL üçün iştirak ərizəsi bəlli olub

06 Fevral 2026, 21:16 İdman 12 baxış
“Fənərbaxça”nın AL üçün iştirak ərizəsi bəlli olub

"Fənərbaxça"nın UEFA Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi bəlli olub.

Xəbərin.az xəbər verir ki, klub yenilənmiş siyahını UEFA-ya bildirib. 

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni iştirak ərizəsində qış transfer pəncərəsində komandaya qoşulan 3 oyunçunun da adı yer alıb. Bunlar Nqolo Kante, Sidiki Şerif və Mateo Genduzidir.

Qeyd edək ki, Türkiyə klubu pley-off mərhələsində "Nottingem Forest"lə qarşılaşacaq.