Türkiyənin
Ərzincan vilayətinin Keman rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
Xəbərin.az xəbər
verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 4,52 km
dərinliyində meydana gəlib.
Yeraltı təkanların Elazığ və Tunceli
şəhərlərində də hiss olunduğu vurğulanıb.
Dağıntı və tələfat barədə məlumat
verilməyib.
Qeyd edək ki, səhər saatlarında Türkiyənin Aralıq dənizi sahillərində də zəlzələ baş vermişdi.