Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Qalatasaray"a "Yuventus"la oyunda bu oyuçular kömək edəcək

06 Fevral 2026, 15:24 İdman 10 baxış
"Qalatasaray"a "Yuventus"la oyunda bu oyuçular kömək edəcək

"Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsi bəlli olub.

Xəbərin.az xəbər verir ki, klub yenilənmiş siyahını UEFA-ya bildirib. 

Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Yeni iştirak ərizəsində qış transfer pəncərəsində komandaya qoşulan 3 oyunçunun da adı yer alıb. Bunlar Saşa Boey, Yaser Aspirilla və Nao Lanqdır.

Qeyd edək ki, Türkiyə klubu pley-off mərhələsində "Yuventus"la qarşılaşacaq. İlk matç fevralın 17-də İstanbulda, cavab matçı isə ayın 26-da Turində keçiriləcək.