Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

İdrak Liseyində şagird müəllimi: GÜLLƏLƏDİ

06 Fevral 2026, 14:11 Ölkə 17 baxış
İdrak Liseyində şagird müəllimi: GÜLLƏLƏDİ

İdrak Liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti orta ağırdır.

Bu barədə Xəbərin.az  Lent.az-a istiandən xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Qeyd olunub ki, fevralın 6-da saat 09:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 29 yaşlı qadın Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. 

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***
11:05

İdrak Liseyində baş verən insidentlə bağlı cinayət işi açılıb.

Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.