Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

06 Fevral 2026, 12:05 Ölkə 9 baxış
Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Xəbərin.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.