Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Qış Olimpiya Oyunları: Hokkey matçı virus səbəbindən təxirə salınıb

05 Fevral 2026, 17:04 İdman 14 baxış
Qış Olimpiya Oyunları: Hokkey matçı virus səbəbindən təxirə salınıb

İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında qadın hokkeyçilər arasında Finlandiya - Kanada matçı virus səbəbindən təxirə salınıb.

Xəbərin.az xəbər verir ki, bu barədə yarışın təşkilat komitəsi məlumat yayıb.

Qərar Finlandiya millisinin heyətində norovirusun aşkarlanması ilə əlaqədar tibb mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra qəbul edilib.

Qarşılaşmanın fevralın 12-də keçirilməsi planlaşdırılıb.