Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Azarkeşlərin sevimlisi geri qayıdır: Saşa Boey “Qalatasaray”da

05 Fevral 2026, 15:26 İdman 21 baxış
Azarkeşlərin sevimlisi geri qayıdır: Saşa Boey “Qalatasaray”da

QalatasarayBayern Münhen 25 yaşlı fransalı sağ cinah müdafiəçisi Saşa Boeyin transferi ilə bağlı razılığa gəliblər.

Xəbərin.az məlumat verir ki, razılaşmaya əsasən, futbolçu satınalma opsiyonu ilə icarə əsasında İstanbul təmsilçisinə keçəcək. Boeyin bu gün İstanbulda olması və tibbi müayinədən keçməsi gözlənilir. Lisenziya prosedurlarının Türkiyədə transfer pəncərəsi bağlanmamış – sabah gecə yarısına qədər tamamlanması planlaşdırılır.

Baş məşqçi Okan Burukun komandası bu mövsüm sağ cinah müdafiəsində müəyyən problemlər yaşayıb. Saşa Boeyin dönüşü ilə birlikdə müdafiə xəttində sürət və dinamika yenidən təmin olunacaq.

Həm hücumda, həm də müdafiədə Superliqanı fərqləndirən performansı ilə tanınan Boey, Noa Lang, Asprilla və Nhaga kimi yeni transferlərdən sonra heyətə əlavə olunan təcrübəli və tanış güc olacaq.

Qeyd edək ki, Saşa Boey “Bayern Münhen”ə keçməzdən əvvəl “Qalatasaray” forması ilə 83 oyuna çıxıb, 4 qol və 4 assistlə yadda qalıb və azarkeşlərin sevimlisinə çevrilmişdi.