ABŞ,
Ukrayna və Rusiya nümayəndə heyətləri 314 məhbusun mübadiləsi barədə razılığa
gəliblər.
Xəbərin.az xəbər
verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
“Rusiya-Ukrayna danışıqlarında
irəliləyişin yaxın həftələrdə baş verəcəyi gözlənilir. Razılaşmaya nail olmaq
üçün hələ də əhəmiyyətli işlər görülməlidir”, - o bildirib.
Qeyd edək ki, fevralın 4-dən
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlarının ikinci
mərhələsi keçirilir.