“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundan ayrılmaq niyyətindədir.
Xəbərin.az xəbər
verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin
bildirdiyinə görə, hazırda “şəhərlilər” düşərgəsində mütəxəssisin gələcəyi ilə
bağlı qeyri-müəyyənlik var və yekun qərar mövsümün sonuna yaxın veriləcək. Qeyd
olunur ki, ispan çalışdırıcı ilkin qərarını dəyişib komandada qalsa belə,
2027-ci ildə başa çatan müqaviləsini uzatması çətin görünür.
Hazırda
“Mançester Siti” İngiltərə Premyer Liqasında 24 turdan sonra topladığı 47 xalla
ikinci pillədə qərarlaşıb. Komanda eyni zamanda Çempionlar Liqasının 1/8 finalına,
İngiltərə Liqa kubokunun finalına və ölkə kubokunun 1/16 finalına yüksəlib.
55 yaşlı
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi
altında klub 6 dəfə İngiltərə çempionu, 2 dəfə ölkə kubokunun, 4 dəfə Liqa
kubokunun, 3 dəfə isə Superkubokun qalibi olub. 2023-cü ildə isə komanda
Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını
qazanıb.