Epşteyn
işi ilə bağlı açıqlanan sənədlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın bölgədəki fəaliyyətlərinə dair qeydlər də var. Qeydlər göstərir ki,
Ərdoğan 2012-ci ilin əvvəllərində Türkiyədəki İsrail kəşfiyyat şəbəkəsini fəal
şəkildə məhv edirdi.
Xəbərin.az xəbər
verir ki, bu barədə “Türkiyənin səsi” Teleqram kanalı məlumat yayıb.
“Ərdoğan Türkiyə ordusunu tarixən
İsraillə yaxşı əməkdaşlıq etmiş şəxslərdən təmizləyir”, - Den Dubnonun Epşteynə
27 yanvar 2012-ci il tarixli məktubunda deyilir.
Yazışmalarda həmçinin qeyd olunur ki,
Ərdoğan həm Türkiyədə, həm də Yaxın Şərqdə müsəlman əhali arasında təsirini
uğurla gücləndirir, eyni zamanda, İsraillə əlaqələrini kəsir.
“Ərdoğan Neo-Osmanlı ambisiyaları
nümayiş etdirir və Netanyahunun diplomatik cəhətdən kobud administrasiyasından
(şəxsən Bibidən daha çox onun koalisiyasından) həqiqətən də ikrah hissi
keçirir”, - Dubno yazıb.
Məktub müəllifi Təl-Əvivin Ankaranın Şimali Kiprdə Türkiyənin
maraqlarını qorumağa yönəlmiş regional hərəkətlərindən qıcıqlanmasına işarə
edir:
“Türkiyənin İsrail və Kiprin neft və
qaz yataqlarını hədəf almağa yönəlmiş yüksək aqressiv dəniz manevrləri
gərginliyə səbəb olur”.
O əlavə edir ki, bu hərəkətlər İsrail
tərəfini Türkiyə ilə sərhəddəki kürd silahlı qruplarını dəstəkləməyə sövq edə
bilərdi:
“Çox güman ki, İsrail əməliyyatçıları
kürdləri kin-küdurətdən dəstəkləyir, sadəcə türklərə və iranlılara narahat
olmaq üçün daha çox səbəb vermək istəyirlər”.