Bu gün Portuqaliya millisinin və "Əl-Nəsr"in üzvü
Kriştiano Ronaldonun doğum günündür.
Xəbərin.az xəbər
verir ki, ulduz futbolçunun 41 yaşı tamam olur.
Karyerası
ərzində Ronaldo “Sportinq”, “Mançester Yunayted”, Madrid “Real”ı,
“Yuventus”da da çıxış edib. O, ən çox oyunu
"Real"da keçirib — bütün turnirlərdə 438 matç, 450 qol və 131
məhsuldar ötürmə.
41 yaşlı
futbolçu 5 dəfə “Qızıl top”u, həmçinin 5 dəfə Çempionlar Liqasını qazanıb.
2016-cı ildə isə kapitanı olduğu Portuqaliya millisi ilə Avropa çempionu olub.
Hazırda
futbolçunun karyerasında vurduğu qolların sayı 961-dir. Onlardan 818-ni klub
səviyyəsində, 143-nü isə Portuqaliya milli komandasının heyətində vurub.