Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Onlara ömürlük həbs cəzası verildi

05 Fevral 2026, 13:57 Gündəm 26 baxış
Onlara ömürlük həbs cəzası verildi

Hazırda Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Xəbərin.az xəbər verir ki, hökmə əsasən təqsirləndirilənlərdən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.