Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

ABŞ Suriyada İŞİD-ə qarşı beş hava zərbəsi endirib

05 Fevral 2026, 00:43 Dünya 18 baxış
ABŞ Suriyada İŞİD-ə qarşı beş hava zərbəsi endirib

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) Suriyada terror təşkilatı İŞİD-ə qarşı 27 yanvar – 2 fevral tarixləri arasında beş hava hücumu həyata keçirildiyini açıqlayıb.

Xəbərin.az məlumat verir ki, zərbələr zamanı İŞİD-ə məxsus rabitə və logistika mərkəzləri, eləcə də silah anbarları hədəfə alınıb. CENTCOM-un komandanı Bred Kuper bildirib ki, bu əməliyyatlar təşkilatın yenidən güclənməsinin qarşısını almaq məqsədi daşıyır və ABŞ-ın bu istiqamətdə qətiyyətini nümayiş etdirir.

Qeyd edilib ki, ABŞ və müttəfiq qüvvələr tərəfindən başladılan “Hawkeye Strike” əməliyyatı çərçivəsində son iki ayda 50-dən çox İŞİD üzvü zərərsizləşdirilib və ya saxlanılıb. Yanvarın 16-da keçirilən xüsusi əməliyyat zamanı Palmira hücumuna birbaşa bağlı olan Bilal Həsən əl-Casim də məhv edilib.