Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

22 yaşlı braziliyalı futbolçu güllə yarasından ölüb

04 Fevral 2026, 23:59 Hadisə 19 baxış
22 yaşlı braziliyalı futbolçu güllə yarasından ölüb

Braziliyanın "Kruzeyro" və "Atletik" komandalarının keçmiş futbolçusu Vitao 22 yaşında vəfat edib.

Xəbərin.az bu barədə "Metropoles" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, oyunçu güllə yarası ilə çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Onun Maseyo şəhərində güllələndiyi bildirilir.

Vitaonun karyerasındakı son klubu Braziliyanın "Santos" komandası olub.