Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Dedi-qodu edənlər kökəlir"

04 Fevral 2026, 23:47 Ölkə 24 baxış
"Dedi-qodu edənlər kökəlir"

Müğənni Günel Zeynalova açıqlaması ilə diqqət çəkib. 

Xəbərin.az xəbər verir ki, "İncə səhər" verilişində olan ifaçı qeybətin insana artıq çəki verdiyini deyib:

"Dedi-qodu insana çəki aldırır. Ən pis, ən günah şeydir. Kim qeybət edirsə, kökəlir. Qızlar, sizə deyirəm, etməyin. Qeybəti sevmirəm, kimsə yanımda danışırsa, deyirəm, gözünlə görmüsən? Oturursan evdə, telefonda qeybət edir, ağız da işləyir. Dediyi sözlər beyində yığılır və kök olursan".