Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Qalatasaray – İstanbulspor matçında ciddi toqquşma”

04 Fevral 2026, 22:54 İdman 29 baxış
“Qalatasaray – İstanbulspor matçında ciddi toqquşma”

Ziraət Türkiyə Kubokunun A qrupunun 3-cü turunda keçirilən “Qalatasaray” – “İstanbulspor” matçında hadisə yaşanıb.

Xəbərin.az xəbər verir ki, görüşün 46-cı dəqiqəsində “Qalatasaray”ın futbolçusu Ahmed Kutucu ilə “İstanbulspor”un qapıçısı İsa Doğan hava mübarizəsində baş-başa toqquşublar. Hər iki oyunçunun yerə yıxılması stadionda gərgin anlara səbəb olub.

Zərbədən sonra İsa Doğan huşu açıq vəziyyətdə xəstəxanaya aparılıb. Ahmed Kutucu isə ehtiyat tədbiri olaraq oyundan kənarlaşdırılıb. Futbolçuların vəziyyətinin stabil olduğu bildirilir.