UEFA Çempionlar Liqasının
pley-off mərhələsində mübarizə aparacaq “Qarabağ” çətin durumla üzləşib.
Xəbərin.az xəbər verir ki,
Ağdam klubu fevral oyunda çox sıx oyun qrafikində meydana çıxacaq.
Belə
ki, Ağdam təmsilçisi 24 gün ərzində 7 matç oynayacaq.
Bu
matçların ən çətin olanları təbii ki, “Nyukasl”a qarşı görüşlərdir. Amma
Premyer Liqada çempionluğu da hədəfləyən Qurban Qurbanovun yetirmələri bu
müddətdə həm də “Neftçi” və lider “Sabah”a qarşı oynayacaqlar.
Hər
iki matç çempionluq yolunda olduqca vacibdir. Bu qarşılaşmalardan biri
“Nyukasl”la pley-off-un səfər görüşündən 3 gün əvvələ, biri isə 4 gün sonraya təsadüf
edir.
Üstəlik,
“Qarabağ” fevralın 5-dən başlayan marafonda süni örtüklü meydançada oynayan
“Şamaxı” səfərinə və “İmişli” ilə oyun üçün qazonu bərbad olan Quba Olimpiya
Kompleksinin stadionuna səfər edəcək.
Bu
arenalar Ağdam klubunun futbolçuların zədə almaq riskini də yüksəldir.
Qurban
Qurbanovun bu durumdan komandasını necə çıxaracağı isə maraqla
gözlənilir.
05.02.2026 - “Şamaxı” –
“Qarabağ” (Azərbaycan Kuboku)
10.02.2026 - “Şamaxı” –
“Qarabağ” (Premyer Liqa)
14.02.2026 - “İmişli” –
“Qarabağ” (Premyer Liqa)
18.02.2026 - “Qarabağ” –
“Nyukasl” (Çempionlar Liqası, pley-off, ilk görüş)
21.02.2026 - “Neftçi” –
“Qarabağ” (Premyer Liqa)
24.02.2026 - “Nyukasl” –
“Qarabağ” (Çempionlar Liqası, pley-off, cavab görüşü)
01.03.2026. “Qarabağ” –
“Sabah” (Premyer Liqa)