"Nyukasl"
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ"a
qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.
Xəbərin.az İngiltərə
klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qiymətlər bütün yaş
qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.
Təhlükəsizlik qaydalarına əsasən, 16
yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil
olmalıdırlar.
Bundan əlavə, səfərin İngiltərə
futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Haunun komandası Bakıya
gəlmək üçün 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komandanın
turnir tarixində ən uzun məsafədir.
Qeyd edək ki, "Qarabağ" -
"Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına
Respublika stadionunda start götürəcək.