Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Bavariya"da ciddi itki

04 Fevral 2026, 14:12 İdman 15 baxış
"Bavariya"da ciddi itki

"Bavariya"nın sağ cinah müdafiəçisi Yosip Stanişiç zədələnib.

Xəbərin.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

O, ötən gün komandanın məşqində sıradan çıxıb. 25 yaşlı xorvatiyalı top uğrunda mübarizə apararkən Conatan Ta ilə toqquşub. Bu epizoddan sonra Stanişiç məşqi erkən dayandırmaq və paltardəyişmə otağına qayıtmaq məcburiyyətində qalıb.

Hazırda oyunçunun durumu məlum deyil. Eyni zamanda, zərbənin onun sağ ayağına dəydiyi qeyd olunur. Stanisiçin yanvar ayında "Bavariya"nın heyətində 5 oyunu buraxmasına səbəb də sağ topuğundakı zədə olmuşdu.

Müdafiəçi bu mövsüm Münhen təmsilçisi ilə 20 oyunda iştirak edib, 2qol vurub və 3 məhsuldar ötürmə verib.