İngiltərə EFL Kubokunun yarımfinalında Arsenal komandası Çelsi-ni ümumi hesabla 4-2 məğlub edərək finala yüksəldi.
Xəbərin.az məlumat verir ki, "Stamford Bridge"-də keçirilən ilk oyun "topçuların" 3-2 hesablı üstünlüyü ilə başa çatmışdı.
Cavab oyununda Arsenal 1-0 hesabı ilə qalib gələrək, finala çıxmağı təmin edib. Matçın yeganə qolunu 90+7-ci dəqiqədə keçmiş Çelsi oyunçusu Kai Havertz qeydə alıb.
Qeyd edək ki, Arsenal finalda Mançester Siti və Nyukasl cütünün qalibi ilə qarşılaşacaq.