Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

ABŞ Ədliyyə Nazirliyi Epşteynlə bağlı sənədləri qurbanların təhlükəsizliyi səbəbilə sildi

03 Fevral 2026, 23:54 Dünya 23 baxış
ABŞ Ədliyyə Nazirliyi Epşteynlə bağlı sənədləri qurbanların təhlükəsizliyi səbəbilə sildi

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteynlə bağlı minlərlə sənədi rəsmi saytından silib. Buna səbəb sənədlərdə qurbanların kimliklərinin düzgün gizlədilməməsi olub.

Xəbərin.az xəbər verir ki, qurbanların vəkilləri bildirib ki, dərc olunan fayllarda təxminən 100 nəfərin şəxsiyyətini müəyyən etməyə imkan verən e-poçt ünvanları və fotoşəkillər yer alıb və bu, onların həyatına ciddi təsir göstərib. Zərərçəkənlər yayımladıqları bəyanatda baş verəni “ağlasığmaz” adlandıraraq yenidən travmatizə olunduqlarını bildiriblər.

Ədliyyə Nazirliyi bütün sənədlərin silindiyini və hadisənin texniki və ya insan səhvi nəticəsində baş verdiyini açıqlayıb. Bildirilib ki, materiallar yenidən redaktə olunacaq və əlavə sənədlər də yoxlanılır.

Qeyd edək ki, Konqresin tələbi ilə dərc edilən bu sənədlərdə qurbanların tanınmasına imkan verən bütün məlumatlar gizlədilməli idi.