Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

NATO Qrenlandiyada “Arktika Gözətçisi” əməliyyatı üçün hazırlıqlara başlayır

03 Fevral 2026, 23:46 Dünya 20 baxış
NATO Qrenlandiyada “Arktika Gözətçisi” əməliyyatı üçün hazırlıqlara başlayır

NATO-nun Avropa Müttəfiq Komandanlığı Qrenlandiyada “Arktika Gözətçisi” adlı əməliyyat üçün planlaşdırma prosesinə start verib.

Xəbərin.az'ın məlumatına görə, “Der Spiegel” jurnalı bildirir ki, müttəfiq qüvvələrin Avropadakı baş komandanı, ABŞ generalı Aleksis Qrinkeviç bununla bağlı müvafiq göstəriş verib. Gələn həftə NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə əməliyyat planının ilkin layihəsinin müzakirə olunacağı gözlənilir.

Hazırda plan üzərində işlər davam edir və missiyanın detalları açıqlanmır. NATO bu addımla Arktika bölgəsində çevik reaksiya imkanlarını nümayiş etdirməyi hədəfləyir.