Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi

03 Fevral 2026, 21:05 Gündəm 20 baxış
Rasim Həsənov barəsində həbs qətimkan tədbiri seçildi

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Onun barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xəbərin.az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Rasim Həsənov barəsində 2 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Rasim Həsənov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə), 313-cü( Vəzifə saxtakarlığı), 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Rasim Həsənovun saxlanılması barədə məlumatı ilk olaraq “Qafqazinfo” yayıb.