Gəncə şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
Xəbərin.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü V. Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun oyunçusudur.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.