ABŞ prezidenti Donald Tramp Ceffri Epşteynlə heç vaxt dostluq münasibətlərinin olmadığını və onun adasına getmədiyini açıqlayıb.
Xəbərin.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth” sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni məlumatlara əsasən, Epşteyn və yazıçı Maykl Volf ona və prezidentliyinə zərər vurmaq məqsədilə əlbir olublar.
Tramp Radikal Solun bu mövzuda ümidlərinin puça çıxdığını vurğulayıb və bəzi şəxsləri məhkəməyə verəcəyini qeyd edib. ABŞ prezidenti əlavə edib ki, Epşteynin adasında heç vaxt olmayıb və bu iddiaların əksəriyyətinin “korrupsiyalaşmış demokratlar və onların donorları” ilə bağlı olduğunu bildirib.