Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin sədrləri müəyyənləşib.
Xəbərin.az xəbər verir ki, bu gün keçirilən sessiyada Əjdər Zahid oğlu Əliyev Hüquq siyasəti komitəsinin, Mübariz Rəcəb oğlu Bayramov İqtisadi siyasət komitəsinin, Canməmməd Ramiz oğlu Canməmmədov Humanitar siyasət komitəsinin, Zeynəb Kərim qızı Quliyeva isə Sosial siyasət komitəsinin sədri seçilib.
Qərar Ali Məclisin 2026-cı il yaz sessiyasının ilk plenar iclasında səsə qoyularaq qəbul olunub. Komitələrin tərkibinin yenilənməsi onların fəaliyyətinin təkmilləşdirilməsi zərurəti ilə əsaslandırılıb.