“Səudiyyə Ərəbistanı Pro Liqası” rəhbərliyi N'Qolo Kanténin “Fənərbaxça”ya transferinə rəsmi icazə verib.
Xəbərin.az məlumata verir ki, İstanbul təmsilçisi uzun müddətdir transfer üçün təsdiq gözlədiyi Kanténi artıq Ciddədə tibbi müayinədən keçirib. Daha əvvəl Kristiano Ronaldonun liqada baş verən transfer prosesləri ilə bağlı etirazlarından sonra “Səudiyyə Ərəbistanı İnvestisiya Fondu” bütün keçidləri müvəqqəti dayandırmışdı.
Lakin son qərarla Yusuf ən-Nəsirinin “Əl-İttihad”a, N'Qolo Kanténin isə “Fənərbaxça”ya transferinə yaşıl işıq yandırılıb.
Razılaşmaya əsasən, “Əl-İttihad” Yusuf ən-Nəsiri üçün “Fənərbaxça”ya müəyyən məbləğdə transfer haqqı ödəyəcək və əvəzində Kantə İstanbul klubuna keçəcək.