Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı

02 Fevral 2026, 21:59 İdman 24 baxış
Ronaldo "Əl-Nəsr"in heyətindən çıxarıldı

Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında "Ər-Riyad" klubuna qarşı bu gün keçirilən oyunda "Əl-Nəsr"in heyətinə daxil edilməyib.

Xəbərin.az xəbər verir ki, qarşılaşma Ronaldonun yoxluğunda "Əl-Nəsr"in 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Ehtimal olunur ki, Ronaldo Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PİF) klubun idarəetmə tərzindən narazı olduğu üçün heyətdən kənarlaşdırılıb. Onun qarşıdakı görüşlərdə iştirakı sual altındadır.

Qeyd edək ki, bundan öncə Ronaldo "Ər-Riyad"la görüşü boykot etmiş və oyuna çıxmamaqda qərarlı olduğunu bəyan etmişdi.

O, eyni fondun nəzarətində olan rəqib klublarla müqayisədə "Əl-Nəsr"in daha zəif idarə olunduğunu düşünür. Ronaldo hesab edir ki, komanda transfer pəncərəsində lazımi səviyyədə gücləndirilməyib.