Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rusiyalı aktyor Ukrayna müharibəsində öldü

02 Fevral 2026, 21:02 Hadisə 18 baxış
Rusiyalı aktyor Ukrayna müharibəsində öldü

Rusiyalı aktyor Nikolay Tkaçenko Ukrayna müharibəsində ölüb.

Xəbərin.az xəbər verir ki, bu barədə TASS-a onun anası İnna Tkaçenko məlumat verib.

“O, döyüş tapşırığından qayıdarkən həlak oldu. Tapşırığı yerinə yetirmişdi, lakin geri qayıdarkən həyatını itirdi. Hazırda oğlumun meyitinin harada olduğu məlum deyil”, – o bildirib.

İ.Tkaçenko qeyd edib ki, Nikolay ötən ilin iyununda müqavilə imzalayıb və o vaxtdan 76-cı qvardiya Pskov hava-desant diviziyasında xidmət edirdi.