Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alındı

02 Fevral 2026, 17:14 Hadisə 25 baxış
Rusiyada meymunçiçəyinə ilk yoluxma qeydə alındı

Rusiyada meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.

Xəbərin.az xəbər verir ki, xəstə virusa ölkə daxilində yoluxub, o, hazırda Moskvanın Domodedovo xəstəxanasında təcrid olunub.

Onun tanışı olan kişi də oxşar simptomlarla xəstəxanaya yerləşdirilib, lakin diaqnoz hələ təsdiqlənməyib.

Virusa yoluxanla təmasda olan üçüncü şəxslə isə əlaqə itib. O, virusa yoluxmuş kişi ilə təmasdan sonra yoxa çıxıb. Hazırda Moskva vilayətində meymunçiçənə yoluxduğu şübhəli bilinən üçüncü şəxsin axtarışı aparılır.