Yenidən
formalaşdırılan Milli Məclisin Hesablayıcı komissiyasının ilk iclası keçirilib.
Xəbərin.az Oxu.az-a
istinadən xəbər verir ki, iclasa sədrliyi deputat Səbinə Salmanova edib.
Toplantıda üzvlər arasından Eldar
Quliyev komissiyanın sədri, Mixail Zabelin isə katib seçilib.
Qeyd edək ki, parlamentin yaz
sessiyasının bu gün keçirilən ilk iclasında Milli Məclisin Hesablayıcı
komissiyası aşağıdakı tərkibdə yaradılıb:
1. Naqif Ələşrəf oğlu Həmzəyev
2. Sevinc Əmirəhməd qızı Hüseynova
3. Eldar Allahyar oğlu Quliyev
4. Soltan Teymur oğlu Məmmədov
5. Rövşən Şahbaz oğlu Muradov
6. Səbinə Qədir qızı Salmanova
7. Mixail Yuryeviç Zabelin.