Aris
Sədi oğlu Rüstəmov “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi
şəxsin (PHŞ) baş direktoru vəzifəsindən azad olunub.
Xəbərin.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə
naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Famil Fazil
oğlu Məmmədov Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktor əvəzi
təyin olunub.