Son
zamanlar sosial mediada sürüdən ayrılaraq yoluna tək davam edən “nihilist
pinqvin” mövzusu gündəmdədir.
Xəbərin.az xəbər verir ki, Türkiyə mediası bununla
bağlı maraqlı video-süjet hazırlayıb.
Bu, həqiqətən bir hekayədir, yoxsa
bizə satılan bir düşüncə formasıdır?
Süjetdə bu suala belə aydınlıq
gətirilib:
“Alimlər qeyd edir ki, pinqvinlər
həyatda qala bilmək üçün mütləq sürü halında yaşamalıdırlar. Sözügedən sənədli
filmdə isə bir pinqvin sürüdən ayrılaraq əks istiqamətdə hərəkət edir.
Sosial mediada bu görüntü romantikləşdirilərək,
fərqli mənada təqdim olunub. Lakin əsas məsələ sürüdən ayrılmaq yox, toplum
içərisində ailəni və dəyərləri tərk etmədən yaşaya bilməkdir. Qaçmaq cəsarət
deyil, yalnızlıq isə azadlıq anlamına gəlmir”.