Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Bellinqemin qaçıracağı görüşlər

02 Fevral 2026, 14:28 İdman 19 baxış
Bellinqemin qaçıracağı görüşlər

"Real"ın zədəli futbolçusu Cud Bellinqemin durumuna aydınlıq gəlib.

Xəbərin.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi La Liqanın 22-ci turunda "Rayo Valyekano" ilə oyunda (2:1) aldığı zədə səbəbindən uzun müddət oynaya bilməyəcək.

Tibbi heyət ona sol ayağın yarım vətər əzələsinin zədəsi diaqnozunu qoyub. Həkimlərin ilkin hesablamalarına görə, bərpa prosesi ən azı 1 ay çəkəcək.

Buna görə də Bellinqem Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə hər iki oyunu buraxacaq.

Qeyd edək ki, Bellinqem ötən gün "Rayo Valyekano" ilə matçda meydanı 8-ci dəqiqədə göz yaşları içində tərk edib.