Milli
Məclis Azərbaycan və İordaniya arasında imzalanmış gömrük işi sahəsində
əməkdaşlıq sazişini ratifikasiya edib.
Xəbərin.az xəbər verir ki, bununla bağlı
"Azərbaycan Respublikası Hökuməti ilə lordaniya Haşimilər Krallığı
Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında
Saziş"in təsdiqi barədə qanun layihəsi parlamentin yaz sessiyasının
bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd
edilib ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.
Sazişə
əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük
qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri
təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri
çərçivəsində bir-birilərini yardımla təmin edirlər:
a)
gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa
gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;
b) digər razılığa gələn
tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə
pozulmasının obyekti olması bilinən mallar;
c)
narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının
qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq
konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili
təyinatlı mallar.
Layihə
müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.