Azərbaycanda
fevralın 3-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Xəbərin.az xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda
və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim
cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın
temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 757 mm
civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın
rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi
yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman
olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə
3-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti
olacaq.