Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

“Tottenhem”dən geri dönüş

01 Fevral 2026, 22:32 İdman 36 baxış
“Tottenhem”dən geri dönüş

İngiltərə Premyer Liqasının 24-cü turunda “Tottenhem” – “Mançester Siti” ilə qarşılaşıb.

Görüşə ikincilər daha üstün başlayıblar. Matçın 11-ci dəqiqəsində qonaq komanda Rayan Şerkinin uzaq küncə vurduğu zərbə ilə önə keçib. Üstünlüyü əldə saxlayan Mançester təmsilçisi 44-cü dəqiqədə Antuan Semenyo ilə hesab arasındakı fərqi artırıb. İlk hissə belə başa çatıb. İkinci yarı ev sahibinin təzyiqləri ilə start götürüb. 53-cü dəqiqədə Mark Qeyin öz qapısına vurduğu qol ilə tərəflər arasındakı fərq azalıb. Qoldan ruhlanan “Mahmızlar” Dominik Solankenin 70-ci dəqiqədə əqrəbvari zərbə ilə vurduğu qolla hesabı 2-2 etməyi bacarıb. Görüş elə bu hesabla da yekunlaşıb. “Tottenhem” 2 “Mançester Siti” 2.