Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

"Yunayted"dən dramatik sonluq

01 Fevral 2026, 20:16 İdman 41 baxış
"Yunayted"dən dramatik sonluq

İngiltərə əsas liqasında 24-cü həftənin görüşləri keçirilir.

"Mançester Yunayted" "Fulhem"i qonaq edib və "qırmızı şeytanlar" 90+4-də vurduğu qol sayəsində 3:2 hesabı ilə qalib gəlib. Digər gözəbatan qarşılaşma isə "Aston Villa" və "Brentford" görüşü olub. Ev sahibi 0:1 hesabı ilə məğlub olaraq çempionluq yarışında böyük xal itkisi yaşadı.

Ümumi oyunlar:

"Brayton" 1:1 "Everton"

"Lids Yunayted" 0:4 "Arsenal"

"Vulverampton" 0:2 "Bormunt"

"Çelsi" 3:2 "Vest Hem"

"Liverpul" 4:1 "Nyukasl Yunayted"

"Aston Villa" 0:1 "Brentford"

"Mançester Yunayted" 3:2 "Fulhem"

"Notingem Forest" 1:1 "Kristal Palas"

Qeyd edək ki, bu gecə iki görüş daha baş tutacaq. "Totnem" "Mançester Sitini" qəbul edərkən "Börnli" "Sandırlend"ə qonaq olacaq

Emil Həsənov