Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Kilian Mbappe “Real”a 3 xal qazandırdı

01 Fevral 2026, 19:28 İdman 48 baxış
Kilian Mbappe “Real”a 3 xal qazandırdı

İspaniya La Liqasında XXII turun oyunları davam edir.

Xəbərin.az xəbər verir ki, günün ilk matçında "Real Madrid" öz meydanında "Rayo Valyekano"nu sınağa çəkib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real"ın heyətində qələbə qolunu 90+10-cu dəqiqədə Kilian Mbappe vurub.